Şəkidə yol qəzası baş verib

Şəki rayonunda yol qəzası baş verib.


“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Küngüt kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şəki rayonunun İbrahim kənd sakini, 1994-cü il təvəllüdlü Simral Rüfət oğlu Mirzəmmədov idarə etdiyi “Ford” markalı minik avtomobilini yol kənarındakı ağaca vurub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Rəvan Rafiq oğlu Əhmədli və Şəki şəhər sakini 1993-cü il təvəllüdlü Yasin Şahin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan Y.Sadıqov daha sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər yaralılar – S.Mirzəmmədov və R.Əhmədlinin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

"Legion"