Kemerovoda içərisində şaxtaçılar olan avtobus uçuruma aşıb
Rusiyanın Kemerovo vilayətində içərisində şaxtaçılar olan avtobus uçuruma aşıb.
AZƏRTAC xəbər verir ki, nəticədə səkkiz nəfər həlak olub, daha 16 adam yaralanıb. Avtobus “Razrez Raspadski” ASC-nin 21 əməkdaşını kömür şaxtasına aparırdı.
Hadisənin başvermə səbəbləri araşdırılır.

"Legion"