Bakıda şirniyyat evində iyrənc mənzərə: Vitrində siçovullar gəzir – VİDEO
Şirniyyat mağazalarının birində iyrənc görüntülər qeydə alınıb.
“Minval.info” xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər paytaxtın Yasamal rayonunda yerləşən “Gəncə Cake House”də lentə alınıb. Görüntülərdən də göründüyü kimi şirniyyat evində sanitar və gigiyenik qaydalara əməl olunmur.

Yoldan keçən şəhər sakinləri həmin anları videoya çəkiblər. Belə ki, vitrində olan şirniyyatların üzərində siçovulun gəzdiyi yayılan videogörüntüdə öz əksini tapıb.
Həmin görüntüləri təqdim edirik:

"Legion"