Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB - VİDEO
153 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni məktəb direktorundan şikayət edib.

AZXEBER.COM Orman.az-a istinadla xəbər verir ki, valideyni uşağın məktəbdən səbəbsiz qovulduğunu deyir. O, qeyd edir ki, məktəbin direktoru Təranə Paşayeva şagirdi dərsdə iştirak etmədiyinə görə təhsildən uzaqlaşdıöını bildirir.

Lakin atası onu da əlavə edir ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, şagirdin dərsdən qovulmasının əsl səbəbini valideynin məktəbə "fond pulu”, "mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.

Qovulan şagirdin valideyni Təhsil Nazirliyinə və millət vəkili Qənirə Paşayevaya müraciət edib.

Ən ürəkdağlayan məqam isə şagirdin simasında görünür. Məsələnin bizə məlum olan tərəfi odur ki, azyaşlı ciddi psixoloji travma yaşayır.

Ümid edirik ki, Təhsil Nazirliyi valideynin bu çağırışına reaksiya verəcək, problemin dəqiq səbəbi analiz olunaraq məsələyə düzgün qiymət veriləcək.

Qeyd edək ki, 153 saylı tam orta məktəbin direktoru Təranə Paşazadə Qənirə Paşayevanın yaxın qohumudur.

"Legion"