Göyöskürəyin gizli dövrü iki həftəyə qədər davam edə bilər
Uşaq həyatı üçün ciddi təhlükə mənbəyi hesab olunan göyöskürək hava-damcı yolu ilə yayılan, uzun müddət tsiklik gedişi və spazmatik tutmalar şəklində xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Hətta bir sıra hallarda göyöskürək körpələrin həyatını itirməsinə səbəb olur. Xəstəlik üç mərhələdə gedir. İlkin mərhələdə üst tənəffüs yolu infeksiyasidır və 1-2 həftə davam edir. Həmin dövrdə adətən aşağı temperatur, titrəmə və öskürək müşahidə edilir.
Bu barədə paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova AZƏRTAC-a məlumat verib.
Onun dediyinə görə, paroksizmal mərhələ adlanan ikinci mərhələ 2-4 həftə davam edir: “Uzun müddət davam edən şiddətli öskürək tutmalari ilə başlayır. Tutmalar daha çox gecələr olur. Bir-birinin ardınca sıralanan və bir neçə dəqiqə davam edən boğucu öskürəklər şəklində olur. Sağalma mərhələsi 1 həftədən 3 həftəyədək davam edir. Tam sağalmadan əvvəl ilk növbədə öskürəklərin sayi və davametmə müddəti azalir”.
Pediatr-infeksionist xəstəliyin yoluxma yolları barədə danışarkən deyib: “İnfeksiyaya yoluxmuş şəxs bakteriyalari öskürəklə xaricə yaydiği damcılarla yoluxdurur. Xəstənin yaxinları həmin damcıları nəfəs yolu ilə alır və yoluxur. Yoluxma daha çox ilk 3 həftədə baş verir. Göyöskürəyin gizli dövrü 3-14 gün davam edir Kataral dövrdə zökəm əlamətləri, quru öskürəklər davamli olur və gecələr güclənir, tədricən tutmaya keçir. Bədən hərarəti ya normada qalir və ya subrebril (37,5 S) olur.
Spazm dövrü ağır hallarda 6 günə başlayir, öskürək tutmalari xarakterik səkil alir, əvvəlcə uşağın boğazında göynəmə və cirmaqlama hissi yaranır. Böyük uşaqlar həmin əlamətləri ifadə edə bilir və bundan sonra öskürək tutmasi başlayır.
Əsasən xəstəliyin yoluxmadan sonraki birinci və ya ikinci həftədə başlaması müşahidə edilir. Göyöskürək uşaqlarda, xüsusilə körpələrdə klinik əlamətləri, burun axıntısı, asqirma, aşağı hərarət, az sayda öskürək olaraq başlayır, sonrakı mərhələdə ciddi öskürək tutmalari, yapışqanlı bəlğəm, boğulma hissi və qusma ilə davam edir, daha yüngül və getdikcə azalan öskürək şikayətləri ilə bitir. Yeniyetmə və böyüklərdə isə boğazda sıxılma hissi olur, aramsiz öskürək, boğulma hissi, baş ağrısı, hıçqırıq olmadan çətin nəfəsalma müşahidə edilir. Göyöskürəkdə öskürəkdən sonra qusmaya bütün yaşlarda rast gəlinir.
Göyöskürəyin əsas ağırlaşmaları nəfəsin dayanması, orta qulaq iltihabı, pnevmaniya kimi ikincili infeksiyalardır. Bakteriyalarin səbəb olduğu sətəlcəm və ani tənəffüs çatışmazlığı hər yaşda baş verən ölümün əsas səbəbi sayılır”.
Altı ayından kiçik uşaqların, vaksinasiya olunmamış və natamam vaksinasiya edilənlərin, infeksiya yoluxanlarla təmasda olmağın risk qrupuna daxil olduğunu qeyd edən pediatr–infeksionist deyib: “Xəstəliyin müalicəsində xəstənın yaşı və infeksiyanin davametmə müddəti əsas amil sayılır. Xüsusən altı aylığından kiçik körpələrdə, xəstəliyın müalicəsi stasionar şəraitdə aparilir. Göyöskurəyə qarşi mübarizə antibiotiklərlə də aparılır. Lakin onun qarşısını almağin ən yaxşi yolu peyvəndləmədir. Vaxtlı-vaxtında aparılan peyvəndlər göyöskürəyin təhlükəsizliyini təmin edir”.

"Legion"