Bankın 30 nəfər əməkdaşı həyatın yığım sığortasını ala bilmir – Sığorta şirkətindən açıqlama
Ləğv olunan “DəmirBank” ASC-nin 30 nəfər əməkdaşı bir neçə illik maaşını geri tələb edir. Belə ki Həyatın Yığım sığortasının imkanlarından faydalanan “DəmirBank” əməkdaşları bankın ləğv edilməsindən sonra çətinliklə üzləşib.
Bankın fəaliyyət göstərdiyi ərəfədə sözügedən 30 nəfər “Atəşgah” sığorta şirkəti tərəfindən təqdim edilən Həyatın Yığım Sığortası adlı məhsuldan faydalanmağa çalışıblar. İşçilər əldə edilən əmək haqqlarını Atəşgah sığortanın hesabına yönəldərək, Azərbaycan Respublikasının qanunvericiliyində vətəndaşların sosial rifahının artırılması üçün nəzərdə tutulmuş bu imkandan faydalanmaq istəyiblər. Xatırladaq ki, qanunvericiliyə əsasən şirkətdə çalışan əməkdaşın əmək haqqısı və ya əmək haqqının bir hissəsi sığorta məqsədləri üçün ayrılarsa həmin məbləğ vergi və sosial ödənişlərdən azad olunur. Bir daha qeyd edək ki Həyatın Yığım sığortasının sosial layihədir və vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yaradılıb.
Beləliklə işçilər 3 tərəfli razılıqla (vətəndaş, sığorta şirkəti və vətəndaşın çalışdığı müəssisə) işçiyə ayrılan əmək haqqı sığorta şirkətinin hesabına yönəldilir. Əməkhaqqı 3 il və daha uzun müddət ərzində yönəlidlə bilər. Bu müddət ərzində işçilərə aylıq xərclərinin qarşılanması üçün bankdan kredit ayrılır. Vergi və sosial ödənişlərin tutulmaması nəticəsində vətəndaşın sığorta şirkətinin hesabındakı vəsaiti toplanır və 3 il (və ya daha artıq) müddətdən sonra işçiyə verilir. Əldə olunmuş vəsait hesabına vətəndaş banka (sığorta şirkətinin tərəfdaş bankına) 3 illik borcunu qaytarır və qalan vəsait ilə öz sosial problemlərinin həll edir. Bu imkandan on minlər ilə Azərbaycan vətəndaşı faydalanıb.
Lakin məlum olan faktlara əsasən Həyatın Yığım sığortasından faydalanmaq istəyən vətəndaşların artıq vəsaiti nəyinki verilməyəcək, hətda bank tərəfindən vətəndaşın yaşayışı üçün ayrılan kreditlər geri alınacaq. Dolayısı ilə DəmirBank əməkdaşları 1 ildən (hər bir əməkdaşlarda fərqli olaraq) artıq əldə etdiyi maaşları geri qaytarmalı olacaq. Buna səbəb Atəşgah sığorta şirkətinin faydalanması üçün razılaşmaya daxil edilmiş bənddir. Bu bənd Atəşgah sığorta şirkəti və DəmirBank rəhbərliyi tərəfindən sənədə daxil etdirilib və vətəndaşlara “sıravi sığorta sənədi” altında imzalatdırılıb. DəmirBank işçilərin əmək haqqısından faydalanan və faiz ilə Bankın depozit hesabına yerləşdirən Atəşgah sığorta şirkəti bununla öz riskini azaldaraq vətəndaşları zərbə altına qoyub və həmin depozit hesabında toplanmış iri miqyaslı (hər bir vətəndaşda 40 000 AZN-dək) vəsaiti Bankın ləğv edilməsi halında almayacağı təqdirdə Vətəndaşlara qaytarmayacağı haqda bənd daxil edib. Digər sözlər ilə bu bəndin daxil edilməsi nəticəsində Sığorta şirkəti sığorta hadisəsi baş verdikdə (müqavilənin imzalandığı gündən 3 il sonra baş tutacaq sığorta hadisəsi) öz öhdəsini yerinə yetirməyəcək (ödəniş etməyəcək) və qanunvericiliyi pozacaq.
Nəticədə vətəndaşların iri miqyaslı kreditləri (əmək haqqı əvəzinə ayrılan vəsaitlər) “DəmirBank”-ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən müqavilə vaxtı çatanda geri alınacaq, işçilərin əmək haqqıları əmanət vəsaitləri olaraq “Atəşgah” Sığorta şirkətinin hesabında qalaraq başqalarının gəlirinə çevriləcək.
Məsələ ilə bağlı “DəmirBank” əməkdaşları kollektiv sürətdə məhkəməyə müraciət edərək sözügedən mexanizmi işə salan və Atəşgah – DəmirBank rəhbərliyinin planı olan bu bəndin ləğv edilməsi üçün iddia qaldırıblar. Hazırda məsələ üzrə Bakı Apelyasiya məhkəməsinin qərarı ya vətəndaşların illərcə topladığı əmək haqqlarını özünə qaytaracaq və ya il boyu işlərini itirmiş əməkdaşları əmək haqqı əvəzində ayrılan on minlərlə manat kredit yükünün altına salacaq.
Məsələ ilə əlaqədar Əmanətlərin Sığortlanması Fonduna və “Atəşgah Həyat” Sığorta Şirkətinə 13 fevral 2019-cu il tarixində informasiya sorğusu göndərilib.
“Atəşgah Həyat”dan bizimyol.info-ya bildirilib ki, “Dəmirbank” ASC əməkdaşlarının həyatın yığım sığortasının imkanlarından yararlanaraq götürdükləri kreditlər üzrə faizlər hesablanır, amma həmin kreditlərin təminatı olan əlaqədar investisiya alətlərinə (depozitə) faiz hesablanmır və bununla da onların iqtisadi mənafeləri pozulmuş olur: “Məsələ ilə bağlı bildirmək istərdik ki, “Dəmirbank” ASC ilə “Atəşgah Həyat” Sığorta Şirkəti arasında həyatın yığım sığortası müqaviləsi bağlanıb və bundan yaranan bütün məsələlər müqavilə şərtləri və qanunvericiliyin müddəaları çərçivəsində həllini tapacaq.
“Atəşgah Həyat” Sığorta Şirkəti hər zaman müştəriləri qarşısında öhdəliklərini lazımınca yerinə yetirib və indiyədək heç bir müştəriyə həyatın yığım sığortası üzrə ödənişdən imtina edilməyib. Qeyd etmək lazımdır ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarının yığım sığortası üzrə ilk sığorta ödənişinin vaxtı 2019-ci ilin iyul ayına təsadüf edir və işçilərin yığım sığortasına qoşulma vaxtlarına uyğun olaraq ödənişlərin 2020-ci ilin sonunadək verilməsi nəzərdə tutulur.
Eyni zamanda qeyd etmək vacibdir ki, ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarını narahat edən məsələ şirkətimizlə bərabər nəzarət orqanının da diqqət mərkəzindədir. Hazırda, “Atəşgah Həyat” Sığorta Şirkəti məsələ ilə bağlı “Dəmirbank” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarına Nəzarət Palatası ilə aparılan intensiv məsləhətləşmələrin yekunu olaraq belə bir anlaşma əldə olunub ki, məsələyə xüsusi yanaşma labüddür və ədalətli həll tapılmalıdır. Sığorta olunanların mənafelərinin təmin olunması üçün ümumi baxış artıq formalaşıb, hazırda detallar üzərində iş gedir. Məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.Bizimyol.info

"Legion"