Tikintilər Dövlət reyestrinə daxil edilərkən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi alınmalıdır
Tikintilər Dövlət reyestrinə daxil edilərkən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi alınmalıdır.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Qərar qəbul edib.
Dəyişikliyə əsasən, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi” adlı yeni yarımbənd əlavə olunub.

"Legion"