Gülnara Kərimova Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb
Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimova Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, 2015-ci ildə Gülnara Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin iyununda isə humanizm prinsipləri əsas götürülərək Gülnara Kərimova cəzası ev dustağlığı ilə əvəzlənib. Bu müddətdə o, ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə yenidən həbsxanaya göndərilməsi haqqında qərar qəbul olunub.
Qeyd edilir ki, Gülnara Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.

"Legion"