Qatarın altına düşən qadın möcüzə nəticəsində sağ qaldı – Video
Hindistanda ictimai nəqliyyata münasibətin həmişə bərbad olduğunu görmüşük. Adamlar hətta uzaq məsafələrə də qatarın üstünə getməyi özünə rəva görür.
Bizimyol.info xəbər verir ki, Hindistanda bir qadın qatarın altına düşüb, amma sağ qalıb. Hadisə Mumbai dəmiryolu stansiyasında baş verib. Sosial şəbəkələrdə yayılan videoda görünür ki, qadın relslərin üzərini ayaqyoluna getmək üçün seçib. Başı qarışdığından, qatarın yaxınlaşmasını görmür. Özünü platformaya atmaq istəyəndə isə gec olur. Qatar qadını vurur. Onun köməyinə dərhal polis əməkdaşları və sərnişinlər tələsir. Videodan görünür ki, qatarla platforma mərmərinin arasında qalan qadın ciddi zədələnib.
Hindistan mətbuatının yazdığına görə, qadın tibbi yardımdan sonra özü evə yollana bilib. Polis inspektoru Satiş Menonun dediyinə görə, maşinist vaxtında əyləci basmasaydı, qadın qəzadan sağ çıxmayacaqdı.

"Legion"