Qadın böyük məbləğdə sığorta pulu almaq üçün öz əlini kəsdi
Çox rəqibə, həm də şokedici hadisə Sloveniyada baş verib. Qadın böyük məbləğdə sığorta pulu almaq üçün əlinin bir hissəsini kəsib.
Bizimyol.info xəbər verir ki, paytaxt Lyublyana sakini sığorta şirkətindən 383 min dollar qoparmaq üçün qeyri-adi yola əl atıb. O, bıçaqla əlinin biləkdən yuxarı kiçik hisəssini kəsməyə cəsarət edib. Qadın bu yolla həyatını sığortaladığı şirkəti aldada biləcəyini düşünüb. Baş verəni iş qəzası kimi göstərəcəkmiş. Amma fırıldağı ortaya çıxıb. İndi qadını 8 ilə qədər həbs cəzası gözləyir.
Sloveniyalı təkcə sığorta puluna göz dikməyibmiş. O, ömrünün sonuna qədər əlillik müavinəti almağı da düşünürmüş.

"Legion"