27 yaşlı gənc Novruz tonqalında CAN VERDİ
Sumqayıtda hündürlükdən yıxılaraq ölüb.

ONA-nın yerli bürosunun xəbərinə görə, şəhərin 41a məhəlləsində 1992-ci il təvəllüdlü Rauf Həsənquliyev ötən gün axşam saatlarında hündürlüyə çıxaraq tonqala odun atmaq istəyərkən yıxılıb və başından ağır zədə alıb.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən gəncə tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Gənc xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Legion"