Yerə saniyədə 5 km sürətlə ASTEROİD yaxınlaşır
Genişliyi təxminən 40 metr olan bir asteroid gələn həftə Yerin yaxınlığından keçəcək. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, asteroid Aya da təxminən10 kilometr məsafəyədək yaxınlaşacaq.  

Bildirilir ki, göy cismi martın 22-də Yerə mümkün qədər yaxın olacaq, hətta onu virtual teleskop vasitəsilə izləmək mümkün olacaq. 

Asteroid saniyədə 5 kilometr sürətlə hərəkət edəcək ki, bu da onun müşahidə edilməsini asanlaşdıracaq.

Qeyd edək ki, sözügedən asteroidin ölçüsü 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri yaxınlığına düşən meteorid həcmindədir.

"Legion"