Deputatlar əlbəyaxa oldu - Nəzarətçilər köməyə gəldi
Gürcüstanda parlamentdə komitə iclası zamanı iki deputat arasında dava olub. 

ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, hadisə hüquqi məsələlərə dair komitənin iclasında baş verib. 

“Gürcü arzusu” partiyasının irəli sürdüyü “Ali Məhkəmə hakimlərin seçilməsi qaydaları”na dair qanun layihəsinin müzakirəsi zamanı həmin partiyanın üzvü İrakli Beraya və “Avropa Gürcüstanı” partiyasının üzvü Otar Kaxidze arasına qarşıdurma olub.

Deputatlar arasında sözlə başlayan mübahisə əlbəyaxa davaya çevrilib.

Nəzarətçilərin müdaxiləsindən sonra davanın qarşısı alınıb.

"Legion"