Azyaşlı uşaqlar Mehriban Əliyevadan atalarının azadlığa buraxılmasını xahiş edir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya
8 yaşlı Süleymanlı Dəniz Anar qızı,
10 yaşlı Süleymanlı Vəli Anar oğlu tərəfindən
Yeni Günəşli  qəsəbəsi, “V” y/s ev 17,mən 43, 
Müraciət
Hörmətli Mehriban xanım!
Sizi qarşıdan gələn Bahar bayramı münasibəti ilə təbrik edirik! Arzu edirik neçə belə bayramı ailənizlə birlikdə qeyd edəsiniz. Sizə can sağlığı, uzun ömür arzu edirik!
Biz də bayramı atamız və anamızla birlikdə keçirmək istəyirik, lakin atamız Süleymanov Anar Vəli oğlu 3 ilə yaxındır ki, şərlənərək Bakı İstintaq Təcridxanasında saxlanılır. Sizdən xahiş edirik bizi qəbul edəsiniz. Atamızı bizim göz yaşlarımıza bağışlayın. Apellasiya Məhkəməsində onun işinə humanist baxılmasına köməklik etməyinizi xahiş edirik . Biz də növbəti bayramı onunla birlikdə qeyd etmək istəyirik. Son ümüdümüz sizsiniz. Bir daha bayramınız mübarək!

"Legion"