Ombudsman Aparatının rəhbəri jurnalistin şikayət və ərizələrini gizlədir?
Jurnalist Mahmud Rasimoğlunun şərlənərək həbs olunması və işgəncələrə məruz qalması barədə məlumat vermişdik. 

Jurnalist, barəsində qaldırılan qondarma cinayət işinə etiraz edərək, 02.03.2019-cu il tarixdən saxlanıldığı Bakı İstintaq Təcridxanasında müddətsiz quru aclıq aksiyasına başlayıb. 15.03.2019-cu il tarixdə Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə Mahmud Rasimoğlu ilə görüşüb. M.Rasimoğlu R.Rumzadəyə bildirib ki, 8 ay ərzində Ombudsman Elmira Süleymanovaya 50-dən çox şikayət ərizələri ilə müraciət edib. R.Rumzadə isə jurnalistə cavab olaraq bildirib ki, əgər müraciətlər E.Suleymanovaya çatsaydı, onlar dərhal şikayət ərizələrini nəzarətə götürərdilər.

Bununla bağlı M.Rasimoğlu Legion.az saytına bildirib ki, çox güman ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının onunla köhnə ədavəti olduğu üçün, həmçinin kimlərinsə şəxsi mənafeyini, cinayət əməllərini ört-basdır etmək üçün jurnalistin şikayət və ərizələrini Elmira Suleymanovadan gizlətmişdir.

Mövzunu diqqətdə saxlayacayıq.

Murad İbrahimli

"Legion"