Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı
2019-2020-ci tədris ili üçün ali məktəblərə sənəd qəbulunun başlamasından 10 gün ötür. 

Modern.az
 xəbər verir ki, bu günə qədər elektron ərizə təqdim edənlərin sayı keçən illin eyni dövrü ilə müqaisədə sayı azdır. 

Bu saata qədər I-II-III-IV ixtisas qrupları üzarə 17704 nəfər qeydiyyatdan keçib. 


Ən çox abituriyent  I qrupda - 6916 və III qrupdadır - 5674 nəfər. 


Ən az abituriyentin elektron ərizə təqdim etdiyi qrup IV qrupdir – 1352 nəfər. II qrupdan ali məktəbə qəbul olmaq üçün elektron ərizə təqdim edənlərin sayı isə 3762 nəfərdir. 


V qrup üzrə qeydiyyatdan keçənlərin sayı isə 10313 nəfərdir.


XI sinifdən kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçənlərin sayı 11056 nəfərdir. 


Ərizə qəbulunun başladığı 10 gün ərzində ümumi elektron ərizə təqdim edənlərin sayı 19974 nəfərdir ki, onlara göstərilən xidmətə görə DİM-in hesabına 798.960 manat vəsait daxil olub.

"Legion"