Bakıdakı “Diqlas” Ticarət Mərkəzi yanır - FHN-in iki helikopteri havaya qalxdı - VİDEO - YENİLƏNİB
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub. 
Modern.az
 xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.

***

Bakının Nizami rayonunda güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə "Diqlas" ticarət mərkəzində baş verib.
Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

"Legion"