Aprelin sonuna kimi problemli krediti olanlara SMS gələcək
Problemli kreditlər üzrə kompensasiya ödənişi və restruktrurizasiyası çərçivəsində vətəndaşlar birbaşa müştəriləri olduğu banklara müraciət edəcəklər.

Modern.az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası çərçivəsində elektron portalın təqdimatı zamanı bildirib.

E.Allahverdiyev qeyd edib ki, aprelin sonuna kimi problemli kreditlərlə bağlı kredit borcu olan şəxslərə SMS göndəriləcək:

“Bəzi vətəndaşlara onların məlumatlarının dəqiqləşdirilməsinə ehtiyac olduğu halda identifikasiyanın olunması barədə həmin şəxsə mesaj alacaq. Bundan sonra növbəli şəkildə banklara dəvət olunacaqlar. Bütün məlumatları orada dəqiqləşdirildikdən sonar müəyyən edilmiş kompensasiyanı ala biləcəklər”.

"Legion"