“Rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar” — Jurnalist “İrşad Electronics”i ittiham etdi
Jurnalist Natiq Muxtarlı “İrşad Electronics”in fırıldağına məruz qaldığını bildirib.
Minval.info xəbərinə görə, bu barədə jurnalist sosial şəbəkə profilində məlumat yayıb.
O bildirib ki, şirkət zəmanətlə aldığı elektron avadanlığın təmirindən yayınır:
“Deməli, “İrşad Electronics”dən zəmanətlə telefon almışıq. 3 aydan sonra telefonda problem yaranıb. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırırlar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək. Bayram günlərində əsəblərim “İrşad Electronics”in əməkdaşları ilə söhbətdə xeyli pozuldu. Və bu söhbətlərdə əmin oldum ki, bu şirkətin bütün işçiləri – rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar”.Minval.info

"Legion"