ABŞ-da Viskonsin ştatının sakini lotereyada 768 milyon dollar udub
ABŞ-da keçirilən Powerball milli lotereyasında 768 milyon dollar dəyərində “cekpot”un qalibi müəyyən edilib. İriməbləğli uduş Viskonsin ştatının hələ adı açıqlanmayan sakininə qismət olub. Martın 27-də keçirilmiş lotereyanın oynanılması zamanı çıxan uğurlu rəqəmlər 16, 20, 37, 44, 63, Powerball isə 12 olub.
AZƏRTAC xəbər verir ki, bu uduş ABŞ tarixində məbləği ən yüksək olan üçüncü “cekpot”dur. Əgər uduşun qalibi həmin pulu nağd şəkildə alarsa, o zaman vergilər və rüsumlar hesablandıqdan sonra ona 477 milyon dollar ödəniləcək.
“Cekpot” ilə yanaşı Nyu-York, Nyu-Cersi, Arizona, İndiana, Missuri və Kaliforniya ştatından olan daha 7 nəfər bütün ağ şarların nömrələrini tapıblar. Onların hər biri 1 milyon dollar alacaq. Məbləği 2 milyon dollar olan uduş isə Kanzas və Minnesota ştatlarının iki sakininə çatacaq. Ağ şarların hamısını tapan bu insanlar lotereyanı alarkən əlavə ödəniş ediblər və məbləği ikiqat artırıblar.

"Legion"