Tovuzda iyrənc hadisə — 47 yaşlı kişi hazırlıqdan gələn 11 yaşlı qıza...
Tovuz rayonunda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Mehrəliyev Rafiq Vaqif oğluun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası aprel ayının 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib. İki qız məktəbdənkənar hazırlıq kursundan evə qayıdarkən ətrafda heç kimin olmamasından istifadə edən 47 yaşlı Raqif Mehralıyev sərxoş vəziyyətdə qızlara hücum edib. O, əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M.-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamağa cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.

Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Rafiq Mehralıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hadisələri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib.

"Legion"