Bu gündən doğulan uşaqlara 200 manat veriləcək
Bu gündən Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata çatdırılıb.

Oxu.Az xəbər verir ki, bu, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı Sərəncamda qeyd olunub.

Belə ki, prezidentin 25 fevral 2019-cu ildə imzaladığı sərəncam bu gündən etibarən qüvvəyə minir.

Qeyd edək ki, bu məbləğ bundan əvvəl 109 manat təşkil edirdi.

"Legion"