Fransada müəllimlər aksiya keçirdi – Dərslər dayandı
Fransanın bir çox şəhərində müəllimlər kütləvi şəkildə tətil keçirib.
“Qafqazinfo” xəbər verir ki, təhsil sistemindəki qanunvericiliyə etiraz edən müəllimlər təhsil naziri Jan-Mişel Blanker əleyhinə şüarlar səsləndiriblər.
Parisdə müəllimlərin 70 faizinin tətilə qoşulması səbəbindən bir çox məktəbdə dərslər dayandırılıb.
Qeyd edək ki, Fransada 2022-ci ilə qədər müəllimlərin sayının 120 minədək azaldılması planlaşdırılır.

"Legion"