Bakıda qadın özəl klinikada əməliyyat zamanı öldü
Bakının Nəsimi rayonunda yerləşən "Baku Medical Plaza" klinikasında ölüm hadisəsi baş verib.
Modern.az 
 "Report"a istinadən xəbər verir ki, klinikada ürəyindən əməliyyat olunan Bərdə rayon sakini, 70 yaşlı Cəlilova Günəş Həmid qızı əməliyyat masasında dünyasını dəyişib.
Hadisə ilə bağlı ailə üzvləri hüquq-mühafizə orqanlarına məlumat verib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

"Legion"