9 aydır şərlənərək həbsdə saxlanılan jurnalist Mahmud Rasimoğlunun ailəsinin Prezident İlham Əliyevə MÜRACİƏTİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
Dünya və ölkə mətbuatına
Hörmətli cənab prezident,
Hörmətli jurnalistlər, 
Mahmud Rasim oğlu Tağıyevin şərlənərək həbs olunmağı barədə məlumat vermişdik. Həbs olunduğu gündən bizə (həyat yoldaşı və üç uşağı) və qondarma cinayət işi ilə bağlı jurnalist araşdırması aparan jurnalistlərə hədə-qorxu gəlinir və həyat təhlükəsizliyimizdən əmin deyilik. “Bandotdel”in quldurları jurnalistlərə təzyiq göstərərək yazıların çıxarılmasını və jurnalist araşdırmalarının dayanadırılması ultimatumu verirlər əks təqdirdə “pis olacaq” hədə-qorxusu gəlirlər. Heç bir günahı olmadığı halda 9 aydır ki, şərlənərək saxlanılan Mahmud Rasimoğlunun işinin nəzarətə götürülməyini və bizim həyat təhlükəsizliyimizin təmin edilməsini xahiş edirik. Bizim başımıza nəsə gələrsə bundan Toğrul Tağıyev, Kamal Qılıcov və BMCMİ məsuliyyət daşıyır.
   Hörmətlə,Mahmud Rasimoğlunun ailə üzvləri