Azərbaycanda torpaq uçqunu: “Azərsu”nun işçiləri xəsarət alıb
Dünən axşam saatlarında Ucarda torpaq uçqunu olub. Kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı “Azərsu” ASC-nin 2 əməkdaşı xəsarət alıb. Minval.info xəbərinə görə, bunu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur: “Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müayinə olunur”. ONA yazır ki, ümumilikdə, 4 nəfər uçqun altında qalıb. Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.