Yataqxanada baş verən yanğın zamanı 45 yaşlı kişi özünü 5-ci mərtəbədən atıb
Bakının Babək prospektində məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın zamanı 45 yaşlı kişi özünü yataqxana binasının 5-ci mərtəbəsindən atıb. 

Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, hazırda onun vəziyyəti ağırdır. Yaralı Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.