Topaz Premyer Liqasında növbəti turun cədvəli açıqlanıb
Topaz Premyer Liqasının XXV turunun oyun cədvəli müəyyənləşib.  ONA-nın məlumatına görə, tur iki günü əhatə edəcək. İlk oyun günündə “Sumqayıt” – “Səbail”i, “Qarabağ” “Keşlə”ni sınağa çəkəcək. Tura “Qəbələ” – “Zirə” və “Sabah” – “Neftçi” qarşılaşmaları ilə yekun vurulacaq.   Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Topaz Premyer Liqası
XXV tur
18 aprel (cümə axşamı) “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 16:45 “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00  19 aprel (cümə) “Qəbələ” – “Zirə”
Qəbəl şəhər stadionu, 16:00 “Sabah” – “Neftçi”
“Əlincə Arena”, 18:30