Tramp “qanunsuz ifritə ovu”ndan və dövlət çevrilişinə cəhddən danışdı

ABŞ prezidenti Donald Tramp prezident seçkilərindən öncə onun seçki qərargahı və Rusiya arasında guya gizli saziş olması barədə  aparılan araşdırmaları dövlət çevrilişi cəhdi kimi qiymətləndirib. “Bu dövlət çevrilişi cəhdi idi. Prezidenti vəzifəsindən kənarlaşdırmaq cəhdi idi. Ən pisi də budur ki, bu cəhdi edənlər cəzalandırılmayıb”,- deyə o bildirib. “Mən indi hər şeydən çox araşdırılmaların başlandığı ana qayıtmaq istəyirəm. Mən bunda maraqlıyam. Bu “qanunsuz ifritə ovu” idi. Mən prokuror Müllerin hesabatını oxumamışam.Çünki, iftiraya uğradığım aydın oldu”.