Nazirliyin keçmiş institut direktoru barəsində cinayət işi başlanıldı

Cinayət işi hakim Cavid Hüseynin icraatına verilib Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, tibb üzrə elmlər doktor Adil Baxşəliyev barəsində cinayət işi başlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 240.1-1-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddəsi ilə ittiham irəli sürülüb. A.Baxşəliyevin cinayət işi prokurorluqda araşdırılaraq, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynin icraatına verilib və aprelin 22-də məhkəmənin hazırlıq iclası başlayacaq.(report.az)