Kuba rəsmi şəkildə kommunizm qurmaqdan imtina etdi
Kuba xalqının səs verdiyi yeni konstitusiya layihəsi bu gün qüvvəyə minib. Avropa.info xəbər verir ki, 24 fevralda 6,81 milyon kubalı, səsvermə hüququ olan əhalinin 73,3%-i yeni konstitusiyanın təsdiqinə səs vermişdi. Yeni konstitusiyada Kubanın 60 illik siyasi quruluşuna əsaslı dəyişikliklər edilib: şəxsi mülkiyyət hüququ qismən tanınılıb, kommunizm qurmaqdan imtina edilib, prezident və baş nazir vəzifələri təsis edilib. Hakimiyyətdə qalma müddəti iki beşillik müddətlə məhdudlaşdırılıb. Bununla yanaşı dövlətin sosialist mahiyyəti və Kommunist partiyasının cəmiyyətin həyatındakı aparıcı rolu haqda maddələr dəyişməz qalıb.