Prezident Təşkilat Komitəsi yaratdı - Baş nazirin müavini sədr oldu
Prezident İlham Əliyev “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.  Sərəncama əsasən, “Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu il 14-15 noyabr tarixlərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır: Təşkilat Komitəsinin sədri Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini Təşkilat Komitəsinin üzvləri Şeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədri Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Etibar Nəcəfov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri Mübariz Qurbanlı - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Siyavuş Novruzov - Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Aslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Rövşən Məmmədov - “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri Aleksandr İşein - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Milix Yevdayev - Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Salman Musayev - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Vasim Məmmədəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri Bu sərəncamla yaradılmış Təşkilat Komitəsi “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.