Pakistanda terror: 16 ölü, 30 yaralı var
Pakistanın Quetta şəhərində terror aktı törədilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bazarda tərəvəzlər arasında gizlədilən partlayıcı qurğu 16 nəfərin ölümü, 30 nəfərin yaralanmasına səbəb olub. 
Həyatını itirənlər arasında hərbçilər də var. Hadisənin hansı terror qrupu tərəfindən törədildiyi bilinmir.