Şabranda üç uşaq anası intihar etdi
Şabranda 29 yaşlı qadın intihar edib.  Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Şabran rayonunda qeydə alınıb. Rayonun Xırdaoymaq kəndində kənd sakini Pəri Əliyeva özünü asaraq intihar edib.  Pəri Əliyeva ailəli olub. Üç övladı var.  Faktla bağlı araşdırma aparılır.