Sudanda çevriliş edən hərbçi bir gün sonra istefa verdi
Sudanda siyasi gərginlik davam edir. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dünən hərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri devirən müdafiə naziri Avad ibn Auf da hakimiyyətdən əl çəkib.   Auf və müavini Kamal Abd əl-Maaruf hakimiyyəti ələ alan Hərbi Şuranın rəhbərliyindən istefa verib. O, istefanın səbəbini etimadsızlıqla əlaqələndirib.   Aufun yerinə Baş Qərargah rəisi Əbdülfəttah əl-Burxan gəlib.