Britaniya yeni “Brexit” referendumu keçirə bilər

Böyük Britaniya hökumətinin etirazına baxmayaraq, “Brexit”lə bağlı yeni referendumun keçirilməsi məsələsinin parlamentdə təkrar müzakirəyə çıxarılma ehtimalı yüksəkdir.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Filip Hammond bəyan edib. 

“Mən hələ də nikbinəm ki, bir neçə ay ərzində, bəlkə də iyunun sonunda biz “Brexit” sazişini parlamentdə təsdiq etdirə biləcəyik. Leyboristlər Partiyası (müxalif partiya) ilə danışıqlarda sıçrayış üçün yaxşı şans var. Amma ikinci referendum variantı da istisna edilə bilməz. Bu, hansısa mərhələdə parlamentə çıxarıla biləcək təklifdir” – Hammond vurğulayıb.