Nigarla Eldardan “Eurovision” təmsilçilərinə İsmarış: “Vəziyyət pisdir”
“Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal son 8 ildə Azərbaycanın sözügedən müsabiqədə göstərdiyi nəticələrdən narazıdır. Publika.az xəbər verir ki, ölkəmizə “Eurovision” qələbəsinin sevincini yaşadan müğənnilər AzTV-nin çəkilişi üçün yenidən eyni səhnə kostyumlarında kamera qarşısına keçib. Onlar kadr arxasından video paylaşaraq Azərbaycan təmsilçilərinin son illərki göstəricilərindən razı qalmadığını etiraf edib: “Biz hazırda “Eurovision” paltarımızda çəkilişə qatılmışıq. Yenə müsabiqəyə gedib “Running scared” mahnısı ilə ölkəmizi təmsil edəcəyik”- deyə Nigar bildirib. Nigarın söhbətinə Eldar da qoşularaq belə şərh verib: “Biz elə görürük ki, vəziyyət pisdir. Özümüz qərar vermişik ki, yenidən gedək”.