Prezident sosial müavinətlərlə bağlı artımı təsdiqlədi
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. “Qafqazinfo” xəbər verir ki, fərmana əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib: 1.1. 1.1.1-ci yarımbənddə “73” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin; 1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: “I dərəcə əlilliyi olan şəxslərə — 150 manat II dərəcə əlilliyi olan şəxslərə — 130 manat III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: “I dərəcə əlilliyi olan şəxslərə — 150 manat II dərəcə əlilliyi olan şəxslərə — 130 manat III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: “I dərəcə əlilliyi olan şəxslərə — 150 manat II dərəcə əlilliyi olan şəxslərə — 130 manat III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 1.5. 1.1.5-ci yarımbənddə “82” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin; 1.6. 1.1.6-cı yarımbənddə “68” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilsin; 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; 1.8. 1.1.8-ci yarımbənddə “68” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin; 1.9. 1.1.9-cu yarımbənddə “61” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin; 1.10. 1.1.11.2-ci yarımbənddə “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri “müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin; 1.11. 1.2.2-ci yarımbənddə “109” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin; 1.12. 1.2.3-cü yarımbənddə “146” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin. 3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.