Dövlət ödəmələrinin ləngiməsinə əsəbiləşib öz mənzilini yandırdı, 5 nəfəri öldürdü, 13-ünü yaraladı
Cənubi Koreyada öz mənzilini yandıran kişi bıcaqla qonşularına hücum edib. Hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisə Kyonsan-Namdo vilayətinin Çindju şəhərində baş verib. 42 yaşlı kişi mənzilini yandırdıqdan sonra, digər mənzillərdən qaçan qonşularını silahlanaraq ehtiyat pilləkanda gözləyib. Daha sonra, hücum törədən şəxs polisdə bildirib ki, o, dövlət ödəmələrinin ləngiməsinə görə əsəbiləşib. Polisin məlumatına görə, ölənlərin sayı arta bilər, çünki yaralananlardan bir neçəsinin vəziyyəti kritikdir.