İsveçrədə Telman İsmayılov barəsində cinayət işi: həbs oluna bilər
İsveçrədə iş adamı Telman İsmayılov barəsində cinayət işi qaldırılıb. Trend-ə istinadən xəbər verir ki, T.İsmayılov İsveçrədə 3 iqtisadi cinayətdə şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi (borclunun əmlakına həbslə bağlı dələduzluq, kreditorun ziyanına aktivlərin azaldılması və aktivlərin çıxarılması) üzrə iş açılıb. Daha ağır cəza kimi onu 3 ildən 5 ilədək həbs gözləyir.