Notr-Dam kilsəsi neçə ilə bərpa olunacaq?
Notr-Dam kilsəsinin 5 il ərzində rekonstruksiya ediləcəyi gözlənilir. Virtualaz.org bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. Fransanın Tarixi Abidələrin Bərpası Şirkətləri Qrupunun nümayəndəsi Frederik Letoffe isə jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib ki, "Notr-Dam-de-Parinin bərpası 10-15 ilə başa gələcək". F.Letoffe qeyd edib ki, son bir neçə saatda bununla bağlı çox fikirlər səslənib: "Hətta kilsəni 3-4 ilə bərpa etməyin mümkünlüyündən də danışıldı. Lakin real vəziyyət başqadır. Biz abidəni bərpa etməzdən əvvəl onun tam təhlükəsizliyini təmin etmək üzərində işləməliyik. Birinci mərhələ isə məhv olmuş tavanın yerinə çətir ilə böyük "iskele" tikməkdən ibarət olacaq". Ekspert əlavə edib ki, bərpa işləri 3 mərhələdən ibarət olacaq. Mətbuat konfransında iştirak edən ekspertlər ümumilikdə abidənin çökməsi ehtimalını istisna ediblər. Lakin tikilinin soyuduqca bəzi yerdəyişmə hallarına məruz qala biləcəyi ehtimalı hələ də qalır. Xatırladaq ki, yanvarın 15-də axşam saatlarında Paris Notr-Dam kilsəsində yanğın baş vermişdi. Olay nəticəsində tarixi tikilinin hər iki qülləsi yanıb.