Qusar rayonunda yol tikintisinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında 
sərəncam imzalayıb. 
  ONA-nın xəbərinə görə, 8 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.