Vahid Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. ONA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, sabah Vahid Əliyevin 50 yaşı tamam olur.