Çörəyə və una vergi güzəştinin vaxtı uzadıldı
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədi AZƏRTAC dərc edib. Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsində “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilib. Məcəllənin bu bəndi buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışını ehtiva edir və bu məhsullara tətbiq olunan vergi güzəştinin üç ildən dörd ilə qədər artırıldığını göstərir. Qeyd edək ki, güzəşt 2017-ci ildən tətbiq edilirdi. Yəni vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bundan başqa, məcəlləyə kəpəyin istehsalı və satışına dair bənd (164.1.43. “kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə) əlavə edilib.