Türkiyə Suriya sərhədinə qoşun yığır
Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə döyüş sursatı daşıyan yük maşınları, PDM-lər və komandosdan təşkil olunmuş konvoy göndərib. Avropa.info xəbər verir ki, Türkiyənin müxtəlif hərbi hissələrindən gələn texnika Hatay vilayətinin Kırıkhan rayonundan keçib. Konvoydakı sursat, PDM və komandosların Reyhanlı rayonunda sərhəd hissələrinə yığılacağı bildirilir.