Gürcüstan Azərbaycandan qaz idxalını artırıb
Gürcüstan bu ilin birinci rübündə Azərbaycandan təbii qaz idxalını artırıb. Bu barədə məlumat qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında yer alıb. Bildirilir ki, 2019-cu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 123 403,5 min ABŞ dolları həcmində 718 min 171 kubmetr təbii qaz idxal edib. Son bir ildə Azərbaycandan Gürcüstana ixrac olunmuş təbii qazın həcmi 78 min 414 kubmetr və ya 12,2 faiz artıb. Təbii qazın qiymətində isə 10 782,5 min dollar və yaxud da 9,5 faiz artım qeydə alınıb.