Əməkdar artist aparıcı Elgizi BİABIR ELƏDİ - Bir də bu kanala çıxmayacaq
Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə aparıcı Elgiz Əkbər və onun işçiləri barədə status yazıb.   Lent.az-ın məlumatına görə, ifaçı bir neçə gün öncə dəvət aldığı ARB TV-nin “Səhər-səhər” verilişində sözlərinin təhrif edildiyini deyib: “Verilişdə qonaq oldum, amma düşünməzdim ki, bu qədər hörmətsizlik görərəm. Danışmadığım mövzunu özünüzdən uyduraraq, insanları niyə çaşdırırsınız? Buna görə də, efirlərdə az-az görünürəm. Bugündən etibarən, məni bu kanalda görməyəcəksiniz”, - deyə Abbas Bağırov ildirib.