Milyonlarla şüşə şərab yanğının qurbanı oldu
Fransanın Bordo şəhərində milyonlarla şüşə şərab və digər alkoqollu içkilər yanıb. Virtualaz.org “The Local” nəşrinə istinadən xəbər verir ki, yanğın anbarlardan birində baş verib. Yanmış tavan alkoqollu içkilərlə dolu yeşiklərin üstünə aşıb. Alovun söndürülməsində 6-dan çox yanğınsöndürən iştirak edib. Xilasedicilərin səylərinə baxmayaraq, təxminən 2 milyon şüşə şərab istifadəyə yararsız vəziyyətə düşüb. Şirkət və sığortaçı dəymiş zərərin məbləğini dəqiqləşdirirlər.