Lukaşenko erkən seçkilərin anonsunu verdi
C Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu parlamentə müraciətində Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, parlamentin aşağı palatası üçün nəzərdə tutulan seçki isə 2019-cu ilə keçiriləcək: “Bizim hökumətimizdə nə olmasından asılı olmayaraq, prezident seçkisi 2020-ci ildə baş tutacaq. Biz xalqla oynamayacağıq, biz siyasi oyunlar təşkil etməyəcəyik”. Qeyd edək ki, bundan öncə Belarus parlamentinə seçkinin 2020-ci ilin 10 sentyabrında, prezident seçkisinin isə 30 avqustda keçiriləcəyi bildirilmişdi.