Poroşenko ilə Zelenskinin debatı baş tutdu – VİDEO
Kievin “Olimpiyskiy” stadionunda prezidentliyə namizədlər Petro Poroşernko ilə Vladimir Zelenskinin debatları başlayıb. RİA Novosti-nin məlumatına görə, debatları izləmək üçün stadiona 22 minə yaxın adam toplaşıb. Təhlükəsizliyi 10 min polisin qoruduğu bildirilir.   Debat qarşılıqlı ittihamlar şəraitində başlayıb. Zelenski seçkilərə qatılmasının səbəbi kimi Poroşenkonun səhvlərindən və gerçəkləşməyən vədlərindən danışıb. “Mən siyasətçi deyiləm. Mən bu sistemi sındırmaq üçün xalq içindən gələn sadə adamam. Mən etiraf edirəm, keçən dəfəki prezident seçkilərində sizə səs vermişəm. Lakin bu böyük səhv idi ”, – deyə Zelenski bildirib. Poroşenkoda opponentini “diletant” adlandıraraq “Pan Vladimir, siz azarkeş pilotun idarə etdiyi təyyarəyə minməyə cürət edərsinizmi?”, – deyə istehza edib. Zelenski Donbasda həlak olanların xatirəsini anmaq üçün xalq qarşısında diz çöküb. Poroşenko da diz çöküb, lakin xalqın deyil, bayrağın qarşısında. Kəskin ittihamlarlarla keçən debatın sonunda tərəflər bir – birlərinin əlini sıxmadan ayrılıblar. Tədbir dövlət himninin səsləndirilməsi ilə başa çatıb. Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də baş tutacaq.